Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62872
az

Kapital Bank “Zəfərdən Dirçəlişə” layihəsində iştirak etdi

10:1721 Dekabr, 2021
279
İQTİSADİYYAT
  • A

17 dekabr 2021-ci il tarixində PAŞA Holding və holdinqə daxil olan şirkətlər, işğaldan azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada iştirak etdilər. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.

 

Aksiya çərçivəsində Zəngilan rayonunda yeni meşə massivinin yaradılması məqsədilə 11 000 ağac əkiləcək. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, həmçinin PAŞA Holding-in, holdinqə daxil olan şirkətlərin, nazirliyin və fondun əməkdaşları iştirak edirdi.

 

Aksiyadan sonra iştirakçılar Zəngilan rayonunda 1-ci Qarabağ Müharibəsi zamanı salınan, sonra məfhum düşmən tərəfindən dağıdılan, lakin 44 günlük Vətən Müharibəsindən sonra yenidən bərpa olunan Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin qəbirlərinə gül dəstələri qoydular.

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/krdt, BirKart sifarişi üçün – //kbl.az/tkstcrd.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ inflyasiya ilə mübarizədə gecikmə elan edib
Türkmənistan qazı Azərbaycan vasitəsilə göndəriləcək
Bu şəxslərin maaşı min manata yaxınlaşıb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı