Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61974
az

Azərbaycanda satılan 750 milyon manatlıq dərmanın cəmi 8 milyonluğunu özümüz istehsal edirik...

23:2201 Dekabr, 2021
345
İQTİSADİYYAT
  • A

Azərbaycanda dərman istehsalı müəssisələri olsa da, istehsal çox aşağı səviyyədədir. Dərman vasitələrinə ehtiyacın idxal hesabına ödənilməsi Azərbaycanda daxili bazarın normal şəkildə fəaliyyət göstərməsinə mənfi təsir edir. Belə ki, tələbatın idxal hesabına ödənilməsi, daxili bazarda qiymətin yüksək olması ilə bərabər, xaricə valyuta axınına da səbəb olur.

Məsələ ondadır ki, bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqaisədə əczaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Ölkədə 10 ayda 758 milyon manatlıq əzcaçılıq məhsulları satılıb ki, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik. Yerdə qalan 750 milyon manatı xaricdən idxal olunub. Olmazmı ki, dərmanların heç olmasa müəyyən hissəsinin istehsalı ölkə daxilində təşkil olunsun və xaricdən bu qədər böyük asılılıq olmasın? Ölkə daxilində dərman istehsalına nə mane olur?

“Yerli istehsal onlara sərf etmir və müxtəlif vasitələrlə ölkə daxilində dərman istehsalına maneələr törədilir”
Məsələyə münasibət bildirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev ölkədə yerli dərman istehsalının aşağı səviyyədə olmasını müxtəlif amilərlə əlaqələndirdi: “Başlıca problem bu sahədə mövcud olan inhisarçılıqla bağlıdır. Çünki xaricdən gətirib baha qiymətə satmaqla daha çox qazanırlar. Bu səbəbdən yerli istehsal onlara sərf etmir. Müxtəlif vasitələrlə ölkə daxilində dərman istehsalına maneələr törədilir. Nəticədə səhiyyə sahəsinin bir qolu olan dərman idxalı görün ölkəyə nə qədər böyük ziyan vurur. Ölkədən kapital xaricə axır. Üstəlik, idxal olunan dərmanlar bahadır. İki il əvvəl Prezident İlham Əliyev məsələ qaldırdı ki, ölkədə dərman sənayesi inkişaf etdirilsin. Bununla əlaqədar zonalar elan olundu. Ancaq Qarabağ müharibəsinin başlaması, pandemiya və digər səbəblər dərman istehsalı sənayesinin inkişafını yubatdı. Bu səbəbdən ölkədən böyük həcmdə kapital dərman idxalına sərf olunur. Problem həm də odur ki, xaricdən heç də hər zaman keyfiyyətli dərman idxal olunmur. Bunda bizimkilərin də heç də az rolu yoxdur. Söhbət bu sahədə mövcud olan inhisarçı qruplardan gedir. Ona görə də idxaldan asılılıq təkcə maddi baxımdan ziyanlı deyil. Bu həm də insanların sağlamlığı nöqteyi-nəzərindən zərərli tendensiyadır. Çünki idxal edilən keyfiyyətsiz dərman pereparatları insanların sağlamlığına birbaşa mənfi təsir edir. Ona görə də vaxt itirmədən bu sahədə azad rəqabət şəraiti yaradılmalıdır. Xarici şirkətlərə şərait yaradılmalıdır ki, ölkədə müxtəlif növ dərman pereparatlarının istehsalını təşkil etsinlər”.

Tanınmış həkimin fikrincə, nə qədər ki, bu istiqamətdə sistemli işlər görülmür, ölkə idxaldan asılı vəziyyətdə qalacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı