Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61922
az

Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI

21:1130 Noyabr, 2021
696
İQTİSADİYYAT
  • A

Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən 9,5-dən 12,5-dək geriləyən lirə son ayda 22% dəyərsizləşib.

Oxu24.com  xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, noyabr ayı qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb: "Noyabra dollara nisbətən 70,8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75,0 kursu ilə çıxarılıb. Bu, 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir. Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dollarına noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1,16 kursu ilə başlayan avro daha sonra 1,13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşma deməkdir".

 

Regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsindən danışan Vüqar Bayramov bildirib ki, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:

"Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur.

Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin bir nəfəri ayda 416,5 manatlıq mal alıb
Milli Məclis büdcənin icrasını müzakirə edəcək
Qızıl və gümüşün bahalaşması davam edir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi