Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59107
az

Son dəqiqə: Kommunal xidmətlər haqqında BƏD XƏBƏR— VİDEO

17:1903 Oktyabr, 2021
515
İQTİSADİYYAT
  • A

Kommunal xidmətlər xəbərdarlıq etmədən dayandırıla bilər? — VİDEO
Demokrat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, abonentə göstərilən kommunal xidmətlər yalnız yüksək məbləğdə borc olduqda dayandırılır.

Bununla bağlı xidmət göstərən bir sıra qurumların mövqeyi eynidir. 

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, borca görə suyun kəsilməsi halları qanunvericilikdə nəzərdə tutulub. 

Cari ayın borcu ilə bağlı vətəndaşa bildiriş təqdim olunanda onun üzərində yazılan xüsusi qeydlə vətəndaşdan borcu ödəməsi xahiş olunur. Əgər vətəndaş borcu ödəmirsə, növbəti ayın bildirişində vətəndaşdan tələb olunur ki, ötən ayın borcu ödənsin.

Anar Cəbrayıllı onu da qeyd edib ki, borcu yüksək olan vətəndaşlara güzəştlər də edilir.

"Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, borcun vaxtında ödənməsi hər bir abonentin üzərinə düşən öhdəlikdir. Əks halda vətəndaşa bu barədə xəbərdarlıq edilir.

Bir ay müddətində abonent heç bir ödəniş etmirsə, mavi yanacağın verilişi dayandırılır.

Abonent borcunu ödədikdən dərhal sonra mavi yanacağın verilməsi təmin olunur.

Abonentə elektrik enerjisinin verilməsi isə ona sayğac göstəricisi təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödəniş olmadıqda dayandırılır.

"Elektrik enerjisinin dayandırılmasına əsas olan borc məbləğinin minimum və ya maksimum həddi normativ hüquqi aktlarla müəyyən edilməyib",- deyə Vaqif Aydınoğlu qeyd edib.


 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...