Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49223
az

YENİLİK: Kapital Bank terminallarında dollar və avro ilə mədaxillər mümkün oldu

11:0924 Fevral, 2021
1150
İQTİSADİYYAT
  • A

Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, yeni nəsil ödəniş terminallarının quraşdırılmasını həyata keçirir.

Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri marketlər şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

Bir sıra üstün funksiyalara malik terminallar vasitəsilə artıq USD və EUR valyutasında mədaxillərin qəbulu funksiyası aktivləşdirilib. Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkün olub. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.  

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq. 

Ödəniş terminallarının əsas üstünlüklərindən biri də odur ki, ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünya bazarlarında neft bahalaşıb
Azərbaycan nefti bahalaşdı
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub