Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4446
az

Səlim Müslümovun qaynı işdən çıxarıldı, nazir müavinin qardaşına yüksək vəzifə verildi

16:5912 Avqust, 2018
975
  • A
 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik aparıb.

Oxu24.com mia.az-a istinadən xəbər verir ki, Sahil Babayev bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifəsindən azad edib. Artıq Ağalar Xasayevin yerinə təyinat da olub.

Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.  

Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.

Adıçəkilən fondda ən böyük dəyişikliyin isə bu ilin dekabr ayında aparılacağı gözlənilir. İddia olunur ki, həmin vaxtı fondun hazırkı direktoru Zakir Babayevlə bağlanan müqavilə başa çatacaq və bu səbəbdən DSMF-nin rəhbəri postuna yeni təyinat olacaq... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Xəzər dənizində 26 kiloqram narkotik aşkarlandı