Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3853
az

Ucar şəhərində ağaclar qurudu – suvarılma işləri aparılmayıb

20:2021 İyul, 2018
1378
İQTİSADİYYAT
  • A

Ucar şəhərində ağaclar kütləvi şəkildə quruyaraq məhv olur.

Oxu24/com apa-ya istinadən xəbərinə görə, şəhərin Heydər Əliyev, Oğuz, 28 may, 20 Yanvar, Koroğlu, Rəsulzadə və Azərbaycan küçələrində yol kənarında olan ağacların bir neçəsi tamamilə quruyub, Koroğlu küçəsində 3-4 yaşlı bir neçə qurumuş şam ağacı kəsilib, qalan hissəsi isə qurumaq üzrədir.

Yerli sakinlər yaşından asılı olmayaraq əksəriyyəti şam olan ağacların qurumasına əsas səbəb kimi ağacların vaxtında suvarılmamasını göstərirlər. Onlar yaranmış problemlə bağlı rayonun aidiyyəti qurumlarına müraciət etdikdən sonra son günlər suvarılma işlərinə başlanılsa da, artıq ağacların bir qismini xilas etmək mümkün deyil.

Şəhər icra nümayəndəsi Abdulla İbrahimov ağaclarının qurumasına əsas səbəb kimi ağaclara xəstəliyin düşməsini göstərib. Onun sözlərinə görə, şəhər ərazisindəki ağaclar iş qrafikinə uyğun olaraq həftənin 6 günü səhər saat 4-dən başlayaraq 2-3 saat müddətinə suvarılır. Rayona dəvət olunmuş mütəxəssislər ağaclara “Amerikan qurdu” adlanan xəstəliyinin düşdüyünü deyirlər. Artıq xəstəliyin qarşısını almaq məqsədilə dərmanlama işlərinə başlanıb.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi