Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32865
az

Azərbaycan bu ölkəyə 25 min dollar məbləğində yardım ayırıb

12:3310 İyun, 2020
521
İQTİSADİYYAT
  • A

Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukokun Kral Salman Humanitar Yardım və Dəstək Mərkəzinin Baş direktoru Abdulla Əl Rəbiahla birgə ünvanladığı məktuba cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Yəmənə humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 25 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılıb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.

"Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. 3,3 milyon məcburi köçkünü olan ölkədə əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır. Cari il ərzində Yəməndə humanitar ehtiyaclarının qarşılanması, o cümlədən COVID-19 pandemiyası ilə mübarizənin aparılması üçün 2 milyard ABŞ dolları həcmində vəsaitə ehtiyac duyulduğunu elan edən BMT müvafiq yardımın göstərilməsi üçün üzv dövlətlərə və beynəlxalq təşkilatlara çağırışlar edib", - deyə məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Azərbaycan nefti ucuzlaşdı
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü