Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28687
az

190 manatla bağlı əhaliyə VACİB MÜRACİƏT: Eyni ailədə yaşayanlar...

13:3413 Aprel, 2020
787
İQTİSADİYYAT
  • A

190 manat məbləğində birdəfəlik ödəməni almaq istəyən ayrı-ayrı insanlar bizə müraciət edirlər ki, məşğulluq mərkəzləri zənglərə cavab vermir. Xeyr, bu, belə deyil, məşğulluq mərkəzləri bütün telefon zənglərinə cavab verir. Ancaq vətəndaşların müraciətləri çox olduğundan telefonlar məşğul ola bilər. Buna görə də vətəndaşlar məşğulluq mərkəzlərinə çox tez-tez zəng etsinlər.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev deyib.

C.Quliyev sistemdə yüklənmənin baş verməsi səbəbindən bir neçə gün əvvəl qrafiklə müraciət edilmənin tətbiq edildiyini, lakin artıq bu məhdudiyyətin aradan götürüldüyünü söyləyib:

“Hazırda hər bir vətəndaş həm onlayn qaydada, həm də yerli məşğulluq mərkəzlərinə müraciət edə bilər. Birdəfəlik ödəməni almaq istəyən işsiz şəxslərin qeydiyyatı bütün rayon məşğulluq mərkəzləri tərəfindən aparılır. Belə şəxslər eyni zamanda e-sosial.gov.az saytında onlayn qeydiyyatdan keçməklə müraciət edə bilərlər”.

C.Quliyev qeyd edib ki, birdəfəlik ödəmə yalnız heç bir gəliri olmayan, dövlətdən heç bir maliyyə vəsaiti almayan ailələrə verilir:

“Ailə dedikdə ər-arvad və onların yetkinlik yaşına çatmayan uşaqları nəzərdə tutulur. Əgər eyni ailədə ər-arvadın valideynləri varsa, onlar artıq ayrı bir ailə sayılırlar. Bu halda həmin valideynlər işsizdirsə, onlar da yardım üçün əlavə olaraq müraciət edə bilərlər”.

Xatırladaq ki, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verilir.

Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəbərdarlıq edildi: Mayın 1-dən bu içkinin qiyməti artacaq
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb