Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2503
az

SOCAR əhalini əmin etdi: - “Benzin bahalaşmayacaq!”

22:1401 İyun, 2018
1103
  • A
Dövlət Neft Şirkəti (SOCAR) Neft Emalı Zavodunun təmirə dayandırılması ilə bağlı “Aİ-92” markalı benzinin qiymətinin bahalaşacağı ilə bağlı yaranmış ajiotaja aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, hər il Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda qrafik üzrə bu cür sazlama işləri həyata keçirilir:

“Bu səbəbdən də Bakı Neft Emalı Zavodunun təmirə bağlanması və xaricdən müvəqqəti benzin idxalı daxili bazarda qiymətlərə təsir etməyəcək. Adətən biz həmin müddət üçün müəyyən həcmdə benzini tədarük edirik. Hazırda və bundan sonra Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma işləri aparılır. Bu işlərin məqsədi “Avro-5” standartına uyğun olan keyfiyyətli yanacağın və gələcək yüksək oktanlı benzinlərin istehsal olunmasıdır. Modernizasiya aparıldığı üçün sazlama işlərinin müddəti bir qədər də artır. Buna görə həmin müddətdə tələbatı qarşılamaq üçün xaricdən benzin idxal edirik. Bunu keçmişdə də belə etmişik, bu il də belə olacaq. Yeni bir şey deyil”.

İ.Əhmədovun sözlərinə görə, keçmişdə də bu cür təmirlər zamanı bazardakı qiymətlərdə heç bir dəyişiklik olmayıb, bu il də heç bir dəyişiklik gözlənilmir. Yəni müvəqqəti bezin idxalı bazara heç cür təsir etməyəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı