Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1768
az

Azərbaycanda orta aylıq əmək haqqı yenidən artmağa başlayıb

14:0515 May, 2018
1779
İQTİSADİYYAT
  • A
 Azərbaycanda yarım illik fasilədən sonra orta aylıq əmək haqqı yenidən artmağa başlayıb.

"Oxu24.com" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm aprelin 1-nə 532,4 manat təşkil edib. Bu isə martın 1-i ilə müqayisədə 4,2% çoxdur.

Son bir ildə isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta maaşı 3,5% artıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, martın sonuna Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1532,3 min nəfər təşkil edib. Bunlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,7%-i təhsil, 19%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,5%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,2%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin DİQQƏTİNƏ: Bakının üç rayonunda qaz olmayacaq
Bu maşınlar kəskin BAHALAŞDI
Azərbaycanda bu məhsullar KƏSKİN BAHALAŞDI -SİYAHI

Restoranda başına iş gəldi

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır