Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117647
az

Bu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək

14:4409 Sentyabr, 2024
68
İQTİSADİYYAT
  • A

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi” qaydalarını təsdiq edib.

Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni qaydalara əsasən, hərbi qulluqçuların götürdükləri ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək:

"Sənədə əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi veriləcək. Belə ki, güzəştli ipoteka kreditinin verildiyi tarixə ilkin ödəniş və aylıq annuitet ödənişlərinin bir hissəsi üzrə yalnız bir yaşayış sahəsinin satın alınması məqsədilə müddəti azı 15 il olan güzəştli ipoteka kreditləri üzrə maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə dəstəyinin həcminə gəldikdə isə yeni qaydalara əsasən, ilkin ödəniş üçün maliyyə dəstəyi ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə veriləcək. Annuitet ödənişləri üzrə isə maliyyə dəstəyi belə ödənişlərin 50 faizi həcmində olacaq. Maliyyə dəstəyi almaq istəyən hərbi qulluqçularımız “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə müraciət edə bilərlər. Maliyyə dəstəyi göstərilməsi üçün Müdafiə Nazirliyinin bu məqsədlə açılmış bank hesabında vəsait saxlanılacaq".

İqtisadçı qeyd edib ki, maliyyə dəstəyi konkret olaraq Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə veriləcək:

"Eyni zamanda, bu dəstək 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir. Azərbaycan Prezidentinin son fərmanı hərbi qulluqçularımızın sosial müdafiəsini gücləndirmək və mənzil təminatını daha da yaxşılaşdırmaqla yanaşı gənclərin hərbi sahədə təhsil almasını təşviq edəcək".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qlobal iqtisadiyyat üçün tutqun proqnoz
Ekspert qlobal neft böhranı ehtimalını dəyərləndirib
Gömrük orqanlarında xidmətə qəbula dair yeni prosedur müəyyənləşdi

WhatsApp-a bir yenilik gəlir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO