Azərbaycanda məşhur bank bağlanır
11 Sentyabr 2026, 17:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
294
23.05.2024, 13:59
“Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov deyib. O, bildirib ki, həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib.
Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub:
“Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir.
Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır”.
22:34 / 11 Sentyabr 2026
1
22:30 / 11 Sentyabr 2026
6
22:20 / 11 Sentyabr 2026
26
22:16 / 11 Sentyabr 2026
30
22:10 / 11 Sentyabr 2026
30
22:08 / 11 Sentyabr 2026
30
21:59 / 11 Sentyabr 2026
45
21:50 / 11 Sentyabr 2026
42
21:44 / 11 Sentyabr 2026
40
21:43 / 11 Sentyabr 2026
55
21:38 / 11 Sentyabr 2026
44
21:35 / 11 Sentyabr 2026
49
21:34 / 11 Sentyabr 2026
128
21:12 / 11 Sentyabr 2026
118
21:10 / 11 Sentyabr 2026
53
21:00 / 11 Sentyabr 2026
65
20:59 / 11 Sentyabr 2026
55
20:50 / 11 Sentyabr 2026
67
20:48 / 11 Sentyabr 2026
56
20:38 / 11 Sentyabr 2026
851
20:36 / 11 Sentyabr 2026
65
20:31 / 11 Sentyabr 2026
55
20:25 / 11 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.