Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10679
az

“Regionları inkişaf etdirməklə Bakını boşaltmaq lazımdır” – Deputat

17:3508 Mart, 2019
659
İQTİSADİYYAT
  • A
“Məhkəmə-hüquq sistemində nümayəndəlik institutunun ləğv edilməsi yanlışlıqdır və bu institut islahatlar nəticəsində yenidən bərpa olunmalıdır”.
Oxu24.com-un məlumatına görə, bunu “Ölkə.Az”-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, nümayəndəlik institutunun ləğvi müəyyən qrupların vəkilə təzyiq göstərməsinə şərait yaradır.

“Çünki bəzi maraqlı qruplar nümayəndəlik institutuna təzyiq edə bilmədiyindən bunu sıradan çıxartdılar. Amma vəkilə təzyiq imkanları var. Bununla da vəkilin məhkəmə prosesinə daha ciddi formada müdaxiləsini aradan qaldırmış oldular. Ona görə ki, vəkil hər hansı bir prosesə ciddi müdaxilə edərsə, şikayət əsasında onun vəkillik fəaliyyətinə xitam verilə bilər. Ancaq nümayəndələrə bunu tətbiq etmək mümkün deyildi” – deyə F. Mustafa qeyd edib.

Millət vəkili əlavə edib ki, bununla da müəyyən qurumlar nümayəndəlik institutunu ləğv etməklə özləri üçün arxayın bir məhkəmə sistemi yaratmış oldular.

“O baxımdan da bu problemin aradan qaldırılmasına və nümayəndəlik institutunun yenidən bərpa edilməsinə ehtiyac var. Biz ancaq bu yolla məhkəmə müdafiə imkanlarını genişləndirə bilərik. Ona görə də məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var”, – deyə deputat bildirib.

O, əlavə edib ki, məhkəmə-hüquq sistemində həyata keçiriləcək islahatların məqsədi nəticədə insanların narazı qalmamasıdır.

“Çünki bu sahədə ciddi problemlər var. Mən ehtiyat edirəm ki, ölkə başçısının həyata keçirdiyi bu islahatlara məmurlar tərəfindən maneçilik yaradılsın. Bu isə islahatların həyata keçməsinə ciddi zərbə vura bilər. Onsuz da bu gün ölkə başçısı tərəfindən həyata keçirilən islahatlara bəzi məmurlar tərəfindən maneçilik yaradılır. Məsələn prezident deyir ki, sahibkarları yoxlamayın, onlara şərait yaradın. Biz bunun əksinin şahidi oluruq. Əgər sahibkarlarla açıq bir görüş keçirilərsə, o zaman onlara yaradılan nə qədər ciddi süni maneçiliklərin ortaya çıxdığının şahidi olarıq”, – deyə F.Mustafa deyib.

Deputat əlavə edib ki, sahibkarların fəaliyyətinə ciddi maneçilik yaradıldığından ölkəyə investisiya qoymurlar. Təsəvvür edin Rusiyada yüzlərlə azərbaycanlı iş adamı var ki, Azərbaycana sərmayə qoymaq istəsə də, bundan qorxur. Odur ki, qorxunu aradan qaldırmaq lazımdır. Qorxu aradan qalxarsa, müstəqil məhkəmə institutu yaradılarsa, o zaman ölkədə digər problemlər də həllini tapacaq. Ölkədəki ən ciddi problemlərin kökündə məhz müstəqil məhkəmə sisteminin olmamasıdır”, – deyə deputat bildirib.

Millət vəkili hesab edir ki, məhkəmə-hüquq sistemində islahatlar həyata keçirilərkən ilk növbədə kadr məsələsinə ciddi fikir vermək lazımdır.

“Bu gün məhkəmə sisteminə rəhbərlik edənlər cəmiyyət qarşısına çıxıb bir kəlmə danışa bilməyənlərdir. Uzun illərdir, məhkəmə sisteminin başında oturanlar islahatlar bir yana, qanunla nəzərdə tutulan funksiyaları yerinə yetirə bilmirlər. Onlar ölkə başçısının Cinayət Məcəlləsinin humanistləşdirilməsi ilə bağlı verdiyi qərarları icra edə bilmirlər. Bu gün məhkəmələrdə mühakimə olunanlara alternativ cəza nəzərdə tutulsa da, bu istiqamətdə addımlar atılmır. Veriləcək qərarların da qiymətləri var. Ona görə də islahatlar nəticəsində məhkəmələr korrupsiyadan xilas olmalıdır. Müstəqil, azad məhkəmə sistemi formalaşdırılmalıdır ki, onlar ədalətli qərarlar verə bilsinlər. Bu olmayacağı təqdirdə iş adamı da ölkəyə sərmayə yatırmayacaq. Əgər sahibkar görsə ki, onun arxasında hansısa himayədar yox, dövlət dayanıb, ölkə iqtisadiyyatına sərmayə yatıracaq. Müstəqil məhkəmə sistemi olmadığından iş adamı məcburiyət qarşısında kiminsə himayəsi altında fəaliyyət göstərir və gəlirinin də 50 faizini ona verir”.

İş adamınının hərəsi 100-200 iş yeri açarsa, o zaman işsizlik problemi də aradan qalxmış olar”, – deyə F.Mustafa bildirib.

Ölkə başçısının şəhərsalma sahəsində islahatlar həyata keçirilməsi ilə bağlı anonsunu şərh edərək deyib ki, bu sahədəki problemlər, qanunsuzluqlar aradan qaldırılmalıdır:

“Əslində bu gün biz də şəhərsalma problemi yoxdur. Bizdə şəhərin yüngülləşdirilməsi problemi mövcuddur. İş təkcə bina tikməkdən ibarət deyil, əsas məsələ infrastrukturun yaradılmasıdır. Burada digər əsas məqamlardan biri də regionların inkişaf etdirilməsi və Bakının yükdən azad edilməsidir. Regionlar inkişaf etmədiyindən hamı Bakıya yığışıb. Regionları inkişaf etdirməklə Bakını boşaltmaq lazımdır” – deyə deputat bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi