Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106559
az

“Ən çox ciddi nöqsan satınalmalar və tender sahələrindədir”

16:4619 Aprel, 2024
66
İQTİSADİYYAT
  • A

“Hesablama Palatasının bütün hesabatlarında ən çox ciddi nöqsan satınalmalar və tender sahələrindədir”.

 

Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov parlamentin plenar iclasında deyib.


“Bunlarla bağlı qanunvericilikdə nə qədər dəyişiklik etsək də, xeyri yoxdur. İkinci ən çox nöqsan isə mühasibat uçotu və hesabatlılıq sahəsindədir. Faktiki olaraq “Mühasibat uçotu haqqında” qanuna müəssisələr ciddi riayət etmir.


Bu qanun ətrafında yaranan problemlər kifayət qədər böyükdür, kadrların çatışmazlığı da özünü göstərir. Ona görə də hesabatlılıqda çox ciddi problemlər yaradır.


Üçüncü nöqsan isə yoxlamanın əhatə dairəsidir. Hesablama Palatası təxminən 15 milyarda yaxın vəsaiti əhatə edib. Bizdə dövlət büdcəsi 36 milyarddan çoxdur. 40 faizə yaxın vəsait yoxlamada əhatə olunub. Hesablama Palatasında auditorların sayı aşağıdır. İnformasiya texnologiyalar sahəsindən də istifadə edərək bu sahəni genişləndirmək lazımdır”, - deyə deputat vurğulayıb. (qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Direktorla müəllim arasında DAVA: Müəllimin halı pisləşdi - Təcili yardım gəldi