Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106507
az

"Vətəndaşlar hər 100 manatın 51 manatını ərzağa xərcləyir" - Deputat

10:2019 Aprel, 2024
51
İQTİSADİYYAT
  • A

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.


Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.


O bildirib ki, bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub:


"Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb. Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.


Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İpotekaya xitam verilən hallar genişləndi
Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ