Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
27 Noyabr 2026, 19:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
524
20.03.2024, 14:00
Ölkəmizdə vətəndaşların əksər hissəsi maaşların aşağı olmasından gileylənir. Xüsusən son dövrlər özünü göstərən silsilə bahalaşma fonunda maaş artımı dövlət sektorunda demək olar ki, qeydə alınmayıb.
Amma istisnalar da var. Əhəmiyyətli dərəcədə olmasa belə bəzi dövlət qurumlarında artım müşahidə olunur. Lakin özəl sektorda vəziyyət daha pisdir. Bu sektorda çalışanların başlıca şikayəti müəssisə rəhbərlərinin maaşlarla bağlı olduqca qeyri-tolerant yanaşması ilə bağlıdır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlətdən fərqli olaraq, özəl sektorda vəziyyət olduqdca bərbaddır:
“Əmək bazarına baxsaq, görərik ki, bizdə hələ də əhalinin böyük əksəriyyəti büdcə təşkilatlarında, muzdla çalışır. Onların maaşları birbaşa Nazirlər Kabinetinin qərarları və digər rəsmi qərarlarla tənzimlənir. Yəni onların maaşlarının artıb-azalması iqtisadiyyatda gedən proseslərlə birbaşa əlaqəli deyil, büdcədən ayrılan vəsaitlərlə əlaqəlidir. Ölkədə 1.7 milyon muzdla çalışan var və onların yarısından biraz çoxu dövlət və hökumət orqanlarında işləyir. Onların maaşını artırmaq istənilən vaxt mümkündür. Bizdə əsas problem özəl sektordadır. Özəl sektorda doğrudan da ciddi problemlər var. Bu problemlərdən biri odur ki, özəl sektorda iş yerlərinin sayının az olması maaşların da aşağı olmasına səbəb olur. Çıxarılan işçinin yerinin tez bir zamanda doldurmağın mümkünlüyünü də nəzərə alsaq, işçilər heç öz haqlarını da tələb edə bilmirlər. Maaş artımını tələb edən zaman iş yerinin sahibi adətən deyir ki, sənin yerinə işləmək istəyən 5-6 adam var. Belə olan təqdirdə, onun yerinə başqasını götürməklə qorxudulan işçi artıq yüksək maaş tələb edə bilmir. Ona görə də özəl sektorda çalışanlar çox zaman öz haqlarını tələb edə bilmirlər. Digər tərəfdən, Azərbaycanda bizdə həmkarlar ittifaqı çox zəifdir və bu tip məsələlərdə heç bir rol oynamır”.
Ekspert maaşlardan tutulan vergilərin xeyli yüksək olduğunu dilə gətirib.
“Bizdə eyni zamanda maaşdan tutulan vergilər yüksəkdir. Bu nəticə etibarı ilə rəsmi maaşların azalmasına səbəb oldu. Yəni işəgötürən və işçi öz aralarında anlaşırlar ki, rəsmi maaş daha aşağı yazılsın və maaşın böyük həcmi qeyri-rəsmi formada verilsin. Çünki bu hər iki tərəf üçün sərfəlidir. Biz bu məsələni dəfələrlə gündəmə gətirmişik. Bu rəqəmlər elə səviyyədə olmalıdır ki, həm işəgötürən, gəm də işçi üçün uyğun olsun. Məsələn, əgər bir işçiyə 1000 manat maaş yazılsa, bu zaman həmin maaşın 100 manatdan yuxarısı vergilərə ödənilməlidir. İşəgötürən isə ondan da daha çox ödəməlidir. Bu doğru yanaşma deyil”.
02:18 / 28 Noyabr 2026
114
01:49 / 28 Noyabr 2026
103
01:11 / 28 Noyabr 2026
102
23:59 / 27 Noyabr 2026
149
23:54 / 27 Noyabr 2026
132
23:40 / 27 Noyabr 2026
154
23:40 / 27 Noyabr 2026
135
23:35 / 27 Noyabr 2026
132
23:32 / 27 Noyabr 2026
435
23:28 / 27 Noyabr 2026
134
23:27 / 27 Noyabr 2026
126
23:26 / 27 Noyabr 2026
135
23:05 / 27 Noyabr 2026
139
22:56 / 27 Noyabr 2026
134
22:48 / 27 Noyabr 2026
158
22:35 / 27 Noyabr 2026
140
22:22 / 27 Noyabr 2026
176
22:16 / 27 Noyabr 2026
144
22:09 / 27 Noyabr 2026
144
22:08 / 27 Noyabr 2026
182
22:06 / 27 Noyabr 2026
150
22:00 / 27 Noyabr 2026
206
21:59 / 27 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.