Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102730
az

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏLƏNƏCƏK

13:3013 Fevral, 2024
458
  • A

Paytaxtın müxtəlif ərazilərində divarlara "МЕФ", "СК" , "24ks.cc" kimi psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların "ləqəbi", narkoşəbəkənin saytının adı yazılır. Bu divarlar xüsusən də, uşaqların, yeniyetmələrin təhsil aldığı məktəblərin yaxınlığı olur.

Qanunvericiliklə bu cür təbliğat aparan adamları hansı cəzalar gözləyir?

OXU24.COM  xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, qadağan olunmuş şeylərin reklam edilməsinə görə cərimə tətbiq edilir:

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir".

Hüquqşünas qeyd edib ki, narkotik vasitələrinin istifadəsinə maraq yaradan vətəndaşları 10 ilədək həbs cəzası gözləyir:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 236.2.3-cü maddəsinə əsasən, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə-bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda-yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü