Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101672
az

Əhaliyə şad xəbər: Dərmanların qiyməti ucuzlaşacaq

16:1425 Yanvar, 2024
487
İQTİSADİYYAT
  • A

Ötən gün prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq. 

Qanun layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyillərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə mənfi təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Yeni dəyişikliyin ən çox dərman qiymətlərinin tənzimlənməsində rol oynayacağı qeyd olunur.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Yenisabah.az-a danışıb: 

“Rəqabət məcəlləsi iyunun 1-dən qüvvəyə minəcək. Dərmanların əhali üçün vacib olan hissəsinin qiymətləri tənzimlənir. Artıq bir neçə ildir ki, bu tip dərmanlara Tarif Şurası tərəfindən vahid qiymət tətbiq edilirdi. Son dövrlər isə qaydalar dəyişdi və onlara yuxarı hədd qiyməti təyin olundu. Bu o deməkdir ki, təyin olunan yuxarı həddən artıq qiymət müəyyən edib satmaq olmaz. Rəqabət məcəlləsi effektiv şəkildə tətbiq edilsə və stimullaşdırılsa daha çox oyunçu bazara girəcək və bu da qiymətlərin daha ədalətli və ucuzlaşmasına səbəb ola bilər". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü