Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100729
az

Baş planın təsdiqlənməsindən sonra evlərin QİYMƏTİ BAHALAŞACAQ? - VİDEOMÜSAHİBƏ

21:4008 Yanvar, 2024
551
İQTİSADİYYAT
  • A

Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planın təsdiqi Bakıda mənzillərin qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, paytaxtın mərkəz hissələrində demək olar ki boş yer yoxdur.

"Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək. Plandan görünür ki paytaxtın mərkəzi hissələrində binalar az sayda tikiləcək.

Ümumilikdə isə fərdi evlərin söküntüsü onların yerində yenilərinin tikilməsiylə nəticələnəcək. Bu özü də bir xərc yaradacaq. Bina tikintisi ilə məşğul olan sahibkarlar özləri də qeyd edirlər ki, xərclər artıb.

Əsasən torpağın və inşaat materiallarının qiyməti bahalaşıb. Oal bilər ki, Bakının mərkəzi hissələrində hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacaq. Az miqdarda binaların tikilməsi ancaq bunun qarşılığında tələbin yüksək olması qiymətlərə təsir göstərəcək."

Ekspert bu il paytaxtda mənzillərin qiymətinin necə olacağına da toxunub.

"Bu il paytaxtının mərkəzinə yaxın yeni hündürmərtəbəli binalarda bir kvadratmetrin qiyməti 2000 manatdan yuxarı olcağı tam mərkəzdə isə 3000 mindən yuxarı olacağı gözlənilir. Yeni tikililərin qiymətinin bahalaşması köhnə binalardakı mənzillərin də qiymətinin bahalaşmasına səbəb olacaq", - deyə o qeyd edib.

Qeyd edilib ki, Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada da təqribən 200,0 min mənzilin təmin edilməsi mümkün olacaq. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

Geniş videomüsahibəni təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Əhaliyə bəd xəbər: BAHALAŞACAQ...
Qarabağ suvarma kanalı yenidən qurulacaq

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı