Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97993
az

Messi: Qvardiola dünya futboluna zərər verib

23:3015 Noyabr, 2023
559
İDMAN
  • A

Oxu24.com Marca-a istinadən  xəbər verir ki, "İnter Mayami"nin futbolçusu Lionel Messi İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiolanın dünya futboluna xələl gətirdiyi barədə fikirlərini bildirib.

 

“O, təkcə İspaniyada deyil, dünyada futbolu dəyişdirdi. Bu səbəbdən o, hətta futbola xələl gətirdi. İndi çoxları öz üslublarını inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışırlar”, - Messi bildirib.

“Mançester Siti” İngiltərə Premyer Liqasının (APL) turnir cədvəlində 28 xalla birinci yerdədir.

2023-cü ilin yayında Messi iki mövsüm Fransa PSJ-də keçirdikdən sonra İnter Mayamiyə keçdi. O, iyulun 22-də ilk matçda cərimə zərbəsindən qol vuraraq ABŞ klubunda debüt etdi. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazandı. "İnter Mayami" turnirin final matçında "Nashville"i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunu qazanıb.

Oktyabrın 8-də “İnter Mayami” MLS-in adi mövsümünün matçında “Cincinnati”yə uduzdu və turnir cədvəlinin sondan əvvəlki pilləsində qalaraq, turnirin pley-off mərhələsinə çıxmaq şanslarını itirdi.

 

Müəllif: Azər

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İngiltərədə VAR sistemi ləğv edilə bilər
Tyukavin Avropada oynaya bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı