Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95734
az

İsveç Rusiyaya icazə vermədi

20:5627 Sentyabr, 2023
376
İDMAN
  • A

İsveç Futbol Assosiasiyası rəsmi internet saytında Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) rusiyalıların beynəlxalq turnirlərdə iştirakına icazə verməsinə baxmayaraq, Rusiyanın 17 yaşadək qızlardan ibarət yığmasını Avro 2024-də ölkəyə buraxmayacağını açıqlayıb. 

Oxu24.com xəbər verir  ki,“2024-cü ilin may ayında 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avro-nun final mərhələsi İsveçdə keçiriləcək. Biz vəsiqə qazana bilən Rusiya millisinin bu turnirdə iştirakına imkan verməyəcəyik”, - deyə məlumatda bildirilir.

Sentyabrın 26-da UEFA İcraiyyə Komitəsi 17 yaşadək Rusiya gənclər komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə verib. Bununla belə, onlar meydana bayraqsız və himnsiz çıxacaqlar. Qarşılaşmalar ölkə xaricində baş tutacaq.

2022-ci ilin yazından Rusiya milli komandaları və klublarının beynəlxalq turnirlərdə iştirakı dayandırılıb. Valeri Karpinin komandası yalnız yoldaşlıq oyunları keçirmək imkanı əldə edib. Bütün bu müddət ərzində futbol dairələrində Asiya Konfederasiyasına keçmək məsələsinə baxılırdı. Qərar 2023-cü ilin sonuna qədər verilməlidir.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Gəncədə baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI
Ançelotti Ferqyussonun rekordunu təzələdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ