Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95373
az

Cokoviç Şanxayda keçirilən Masters yarışlarında iştirak etməyəcək

22:2217 Sentyabr, 2023
337
İDMAN
  • A

Serbiyalı tennisçi Novak Cokoviç sosial şəbəkələrdə Şanxay Masters turnirinə gəlməmək qərarına gəldiyini yazıb.

Oxu24.com xəbər verir  ki,“Şanxay həmişə mövsümün ən sevimli turnirlərindən biri olub. Çindən olan pərəstişkarlarım üçün darıxacağam. Ümid edirəm ki, gələcəkdə oraya qayıdıb yenidən hamınızın qarşısında oynaya biləcəyəm”, - Cokoviç deyib.

Sentyabrın 11-nə keçən gecə Cokoviç ABŞ Açıq çempionatının finalında rusiyalı tennisçi Daniil Medvedevi 3:6, 6:7 (5), 3:6 hesabı ilə məğlub edib. Görüş 3 saat 17 dəqiqə davam edib. Buna qədər Avstraliya Açıq 2023-də serb Stefanos Tsitsipasa üç setdə qalib gəlib - 6:3, 7:6 (7:4), 7:6 (7:5). Kasper Ruudla Fransa Açıq finalı da üç setdə Cokoviçin xeyrinə başa çatıb - 7:6 (7:1), 6:3, 7:5.

Cokoviçin bu mövsüm qazana bilmədiyi yeganə Böyük Dəbilqə turniri Uimbldon olub. Londonda keçirilən turnirin finalında serb tennisçi İspaniya təmsilçisi Karlos Alkaraza uduzub. Cokoviç 24-cü dəfə Böyük Dəbilqə turnirinin qalibi olub.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Gəncədə baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI
Ançelotti Ferqyussonun rekordunu təzələdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ