Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94135
az

RFEF prezidenti futbolçunun qalmaqallı öpüşü ilə bağlı açıqlama verib

19:2121 Avqust, 2023
342
İDMAN
  • A

İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales millinin 2023-cü il qadınlararası dünya çempionatındakı qələbəsini qeyd edərkən etdiyi davranışa görə rəsmən üzr istəyib.

 

Oxu24.com xəbər  verir  ki,“Əlbəttə, səhv etdim, bu, tamamilə kortəbii şəkildə baş verdi. Fakt budur ki, peşmanam. Bütün bunlar mənimlə futbolçu arasında baş verənlərdir. İkimiz arasında əla münasibət var, eyni şey başqalarına da aiddir,-deyə o bildirib.

Avqustun 20-də Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının finalında İspaniya yığması İngiltərəyə qalib gəlib (1:0). İspaniyalı futbolçular tarixdə ilk dəfə olaraq turnirin qalibi olublar.

Mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Rubiales futbolçu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıb.

İspaniyanın mədəniyyət və idman naziri Mikel İceta ondan üzr istəməsini tələb edib.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq
Azərbaycan çempionatında klubların sayı artırıla bilər

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər