Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88187
az

Azərbaycan yığması Afrika çempionatında yarışacaq

13:1601 May, 2023
416
İDMAN
  • A

Azərbaycan ağırlıqqaldıranları Afrika çempionatında iştirak edəcəklər.

“Report”un əldə etdiyi eksklüziv məlumata görə, atletlər 11-20 may tarixlərində Tunisdə baş tutacaq qitə birinciliyində qüvvələrini sınayacaqlar.

Azərbaycan yığması Ermənistanda keçirilən Avropa çempionatında iştirak edə bilmədiyi üçün Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) alternativ olaraq Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) belə bir təklif göndərib. AAAF rəhbərliyi də bunu müsbət cavablandırıb.

AAAF-nin mətbuat xidməti “Report”un sorğusuna cavabında məlumatı təsdiqləyib. Bildirilib ki, İrəvandakı Avropa çempionatında iştirak edə bilməyən idmançılar Tunisə yollanacaqlar. Afrika çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yəni idmançıların orada qazanacaqları xallar olimpiadaya lisenziya xalları kimi nəzərə alınacaq.

Qeyd edək ki, Azərbaycan millisi 15-23 aprel tarixlərində Ermənistanda keçirilən Avropa çempionatına İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Nazilə İsmayılova (49 kq) ilə yollansa da, açılış mərasimi zamanı Azərbaycana qarşı edilən təxribat səbəbindən geri qayıtmaq qərarına gəlib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AFFA bu klublara lisenziya verdi
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi