Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87937
az

ŞOK QƏRAR! Futboldan ömürlük qovuldu

18:2726 Aprel, 2023
385
İDMAN
  • A

Azərbaycanın U-17 və U-19 yığmalarının sabiq qapıçısı Ziyadxan Məmmədov Rusiyada futboldan ömürlük kənarlaşdırılıb.

Oxu24.com  yerli mətbuata istinadən xəbər verir ki, buna 28 yaşlı qolkiperin danışılmış oyunların təşkilində iştirakı səbəb olub.

İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən azərbaycanlı oyunçu bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya edib.

Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarında çıxış edib. O, müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mostovoy
Mbappe Real Madridlə bağlı sualı cavablandırmaqdan imtina edib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR