Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87231
az

Azərbaycan gimnastları “AGF Trophy” turnirində 14 medal qazanıblar

13:0417 Aprel, 2023
219
İDMAN
  • A

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində Azərbaycan millisi ümumilikdə 14 medal qazanıb.

Oxu24.com -un məlumatına görə, yığma üzvləri Azərbaycanda baş tutan 2023-cü ilin bu növ üzrə ilk beynəlxalq yarışında gənclər və böyüklər yaş kateqoriyasının fərdi və qrup hərəkətləri proqramında 7 qızıl, 7 gümüş medal əldə ediblər.

Fransadakı 34-cü Beynəlxalq Qran Prinin qalibi olan Zöhrə Ağamirova fərdi proqramda millinin aktivinə çoxnövçülük proqramı, eləcə də, ayrı-ayrı alətlər üzrə (top, halqa, gürzlər və lent) 5 qızıl medal qazandırıb. O, komanda hesabında Alina Gözəlova ilə birlikdə çempionluq sevincini yaşayıb.

Gənclər arasında qrup hərəkətləri proqramında 5 topla hərəkətlərin icrasında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət komanda qızıl medala yiyələnib.

Alina Gözəlova böyüklər arasında fərdi çoxnövçülük, halqa, top və lentlə hərəkətlərin icrasında ikinci yeri tutub. Gənclərdən ibarət millinin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə isə komanda hesabında gümüş medala sahib çıxıblar.

Gənclərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daha iki gümüş medalı çoxnövçülük və 5 iplə hərəkətlərin icrasında əldə ediblər.

Qeyd edək ki, Azərbaycanda üçüncü dəfə təşkil olunan “AGF Trophy” beynəlxalq turnirində 14 ölkədən 119 idmançı mübarizə aparıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İngiltərədə VAR sistemi ləğv edilə bilər
Tyukavin Avropada oynaya bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlandı