Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85971
az

Tanınmış futbolçu canlı yayım zamanı mini aritmiya keçirib

09:2631 Mart, 2023
263
İDMAN
  • A
Argentinanın tanınmış futbolçusu Serxio Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması - red.) keçirib. “Report” xəbər verir ki, sabiq hücumçu verilişin aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib. Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib. Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: “Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər”. Qeyd edək ki, Serxio Aquero 2021-ci ilin yayında İspaniya klubu “Barselona”ya keçsə də, cəmi dörd ay sonra ürəyində yaranan problemə görə karyerasını bitirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə müzakirə aparıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb