Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85764
az

Futbol millimiz 5-0 uduzdu

08:5128 Mart, 2023
265
İDMAN
  • A

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Oxu24.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib. Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
Kurtua Avro-2024-də olmayacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ