Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85156
az

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

10:1221 Mart, 2023
245
İDMAN
  • A
Türkiyənin “Konyaspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə ödəyəcək. Oxu24.com xəbər verir ki, buna səbəb həmin oyunçuların Super Liqanın XXVI turunda “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə almaları olub. Eyni zamanda, texniki zonada oturan bir köməkçi məşqçi də etiraza görə, qırmızı vərəqə alıb. Qaydalara əsasən, hər vərəqə konyalıları cərimə ödəməyə vadar edəcək. “Konyaspor”, həmçinin, qarşılaşma zamanı meydançada yaşanan qalmaqal ucbatından da cəzalandırılacaq. “Qalatasaray” önündə 79 dəqiqə meydanda olan Emreli 15-ci dəqiqədə sarı vərəqə alıb. Qeyd edək ki, Mahir Emreli “Qalatasaray”la matçda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarını buraxacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə müzakirə aparıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı