Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70077
az

UEFA finalla bağlı araşdırmalara başladı - vəziyyət təcili nəzərdən keçiriləcək

17:5529 May, 2022
407
İDMAN
  • A

Avropanın ali futbol qurumu UEFA polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalından öncə baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.

Offsideplus.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib. 

UEFA-nın rəsmi saytının yaydığı press-relizdə bunlar qeyd olunub: “Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”. 

Xatırladaq ki, ötən gecə "Real" Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə turnirin qalibi olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə müzakirə aparıb

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb