Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69742
az

Rəsul Çunayev başqa ölkənin millisində GÜLƏŞƏCƏK - ŞOK SƏBƏB

13:4823 May, 2022
412
İDMAN
  • A
 
 
Azərbaycanın tanınmış güləşçilərindən olan Rəsul Çunayev digər ölkənin bayrağı altında mübarizə aparmaq niyyətindədir.
 
Yunan-Roma güləşi üzrə 2015-ci il dünya çempionu, 2016-cı il Olimpiya Oyunlarının bürünc mükafatçısı və 2015-ci il Dünya Kubokunun qalibi müxtəlif ölkələrdən bir neçə təklif alıb.
 
OXU24.COM xəbər verir ki, idmançı bu barədə “CBC Sport” telekanalının “Bizim İdman” verilişində bildirib.
 
“Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam. İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm. Başa düşürəm ki, indi 77 kq-da millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi.
 
Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə oynasam, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.
 
İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Və buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm. Niyə Paris-2024 Olimpiadasına vəsiqə uğrunda mübarizə apararkən, döşəkdə Azərbaycandan olan biri ilə görüşməyək?” – deyə Çunayev qeyd edib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi
Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Nazir Ülviyyəni qəbul etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO