Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67605
az

Azərbaycan birinci oldu

23:3230 Mart, 2022
1564
İDMAN
  • A

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Oxu24.com-un məlumatına görə, Azərbaycan milli komandası qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmanın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medal qazanıb. Yekunda 159 xal toplayan yığma komanda hesabında Avropa çempionu olub.

Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığma 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxıb.

Qeyd edək ki, milli komanda 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.

Bu, sərbəst güləşçilərin son 1 ayda ikinci uğurudur. 7 - 13 martda Bolqarıstanın Plovdiv şəhərində baş tutmuş U-23 Avropa çempionatında da müvafiq yığma komanda hesabında 1-ci yerə çıxıb.

SON DƏQİQƏ! Rusiya ordusu ağır itki verdi: Desant Alayının bütün komandanlığı məhv edildi

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər
“Qəbələ” klubunun büdcəsi təxminən 10 dəfə azalacaq

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA