Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61932
az

ABŞ-da yaşayan azərbaycanlı idmançı dünya çempionu oldu

00:2701 Dekabr, 2021
482
  • A

ABŞ-da yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlanlı Tunisin Hammamet şəhərində keçirilən Budo döyüş sənəti üzrə dünya çempionatının qalibi olub.

OXU24.COM xəbər verir ki, o, 60 kq çəkidə rəqibi tunisli döyüşçü Ellouzi Sabeuri məğlub edərək Budo üzrə dünya çempionu adını qazanıb. Bununla da E.Xanoğlanlı professional rinqdə beşinci böyük qələbəsinə imza atıb.

E.Xanoğlanlı müsahibəsində rəqibini boğucu fəndlə qısa vaxtda məğlubiyyətə uğratdığını deyib: "Beynəlxaq yarışda 45 ölkədən yüzlərlə idmançı iştirak edirdi. Yarışda iştirak edən bütün idmançılar ən güclülər idi. Qələbəmi Azərbaycan bayrağını səmaya qaldıraraq qeyd etdim. Uzun illərdir ABŞ-da yaşasam da yarışlara Azərbaycan təmsilçisi olaraq qatılıram.

Yarışda Azərbaycan Budo Döyüş Növləri Federasiyasının 10 idmançısı iştirak edirdi. Azərbaycan 11 idmançı ilə qatıldığı bu beynəlxalq yarışdan 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı. İdmançılarımız İbrahim Məmmədov (70 kq), Xəyal Quliyev (85 kq) və Azər Məmmədov (95 kq) yarışda medallar qazandılar. Həmçinin Azər Əhmədov (75 kq) və Xəyal Quliyev (80 kq) ikinci yerə, Elvin İsrafilov isə üçüncü yerə laiq görüldü”.

E.Xanoğlanlı növbəti beynəlxalq yarışa hazırlaşdığını deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı
Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi
“Neftçi” “Kəpəz”i darmadağın etdi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO