Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56668
az

Mahirin göz yaşlarına polşalı azarkeşlərin reaksiyası

13:0518 İyul, 2021
528
İDMAN
  • A

Polşa Superkubokunda dünən "Legiya" ilə "Rakov" qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Mahir Emrelinin 90+3-cü dəqiqədə vurduğu bərabərlik qolu sayəsində oyunun taleyi penalti zərbələrində həll olunub. Baş məşqçi "nöqtə"yə yaxınlaşmalı olan futbolçulardan biri kimi həmyerlimizi görüb. Lakin Mahirin vurduğu top dirəyə tuş gəlib. Nəticədə "Legiya" penalti zərbələrinin yekununda məğlub olub.

Hakimin final fitindən sonra Emreli göz yaşlarını saxlaya bilməyib. Futbolçular başına yığılaraq, ona ürək-dirək veriblər. Azarkeşlər isə klubun "feysbuk" səhifəsində millimizin üzvünə bu sözlərlə sahib çıxıblar.

Matuesz Pietrzak: "Heç nə baş verməyib. Mahir Emreli, sən komandamızın əsas parçası olacaqsan. Var uğur, var bəxtsizlik. Bunlar futbolun ayrılmaz hissəsidir. Mahir olmasaydı, penalti zərbələrini də izləməyəcəkdik. Bu oğlana halaldır. Nəhayət ki, üzləri güldürən transfer gördük. Mahir, biz artıq səni sevirik. Sən ailəmizin bir parçasına çevrilmisən. Hiss olunur ki, klub üçün ürəyi yanır və məğlubiyyətə görə ağrı çəkir. Legioner belə olmalıdır! Bu centlmen futbolçunu çox bəyənirəm"

Bartek Malasek: "Mahir "Legiya"ya böyük sevinc və uğurlar yaşadacaq. Həmin uğurlar Superkubokdan da vacib olacaq. Hələ indi başlayıb, qolları irəlidədir. Başını dik tut, Emreli"!

Lukasz Jakarewski: "Mahir, üzülmə! Sən olmasaydın, penaltilər də olmayacaqdı".

Kamil Pawlik: "Komandaya yeni gəlib, amma hamı onu sevir. Çox yaxşı transferdir"

Szymon Kopical: "Emreli meydanda ən yaxşılardan idi. Bəzi yarımmüdafiəçilərdən fərqli olaraq başını dik tutmalıdır. Sənə üzülmək yaraşmır, Mahir"!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tyukavin Avropada oynaya bilər
AFFA bu klublara lisenziya verdi
“Mançester Siti” Çempionlar Liqasından kənarlaşdırıla bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb