Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55459
az

AVRO-2020: Portqaliyadan qələbə, Ronaldu tarixə düşdü

22:4715 İyun, 2021
3120
  • A

Futbol üzrə Avropa çempionatının F qrupunda mübarizəyə start verilib.

Oxu24.com-un məlumatına görə, qrupun ilk matçında turnirin ev sahiblərindən Macarıstan millisi son çempion Portuqaliya ilə qarşılaşıb. Budapeştdəki "Puşkaş Arena"da keçirilən görüş Pireney təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər üç qol 2-ci hissədə vurulub. 84-cü dəqiqədə Rafael Gerreyro, 3 dəqiqə sonra Kriştianu Ronaldu rəqib qapısına yol tapıb. Penaltidən fərqlənən hücumçu turnirin tarixində ən sərrast oyunçu ünvanını ələ keçirib. Qarşılaşmada son nöqtəni də Ronaldu qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə komandasının üstünlüyünü 3 topa çatdırıb.

Bundan başqa, start heyətində meydana çıxan 36 yaşlı forvard 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Qeyd edək ki, F qrupunun digər oyununda Almaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Münhendəki eyniadlı stadionda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Neftçi” “Kəpəz”i darmadağın etdi
Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı
Nazir Ülviyyəni qəbul etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı