Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2923
az

Azərbaycanlı deputatdan gülməli açıqlama: “DÇ-2018-in qalibi Real Madrid olacaq”

13:4714 İyun, 2018
3471
İDMAN
  • A

 Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçiriləcək dünya çempionatında İspaniyanın "Real” (Madrid) klubuna azarkeşlik edəcəyini açıqlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə 50 yaşlı millət vəkilinin özü "Report"un sorğusuna cavab olaraq bildirib.
O deyib ki, mundialın qalibi "Real” olacaq: "Dünya çempionatını izləyəcəyəm. Favoritim Madrid "Real”ıdı. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Amma bu, artıq sürpriz olar”.


Badamov idmanla əlaqəli şəxs - Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib.

Qeyd edək ki, Azər Badamov 51 saylı Qusar seçki dairəsindən deputat seçilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Badamov Milli Məclisin Regional Məsələlər, Gənclər və İdman komitələrinin, Avstraliya, Tacikistan, Yunanıstan, Portuqaliya, Rusiya və İsveç parlamentlərarası işçi qrupun üzvü, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupun rəhbəridi.

Günün təklif olunan videosu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəmaləddin Heydərov Azərbaycan idmançısından nə xahiş edib? - Boksçu ilk dəfə açıqladı
Rafael Ağayevə yeni vəzifə verildi
Azərbaycanın 5 idmançısında dopinq aşkar edildi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi