Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
115401
az

UEFA reytinqi: Azərbaycan bir pillə irəliləyərək Rusiyanı geridə qoyub

11:5802 Avqust, 2024
66
İDMAN
  • A

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

"Report"un məlumatına görə, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.

23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Cəbəllütariqin "Linkoln" komandasının qapısına beş cavabsız qol vurub. "Köhlən atlar" səfərdə də qalib gəlmişdi - 2:0.

"Zirə" ötən gün Slovakiyada "DAK 1904" klubunu üstələyib - 2:1. "Qartallar" ilk dueldə inamlı qələbə əldə edib - 4:0.

"Sabah" əlavə vaxtda İsrailin "Makkabi" (Hayfa) kollektivinə uduzduğu (3:6) matçın (ilk oyun 3:0) penaltilər seriyasında (3:2) qalib gələrək mərhələ adlayıb.

Evdə Macarıstan təmsilçisi "Fehervar"a məğlub olan "Sumqayıt" səfərdə qolsuz heç-heçə etsə də, mübarizəni dayandırmalı olub.

Bu qarşılaşmalar reytinqdə Azərbaycana 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.

55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lamiyə Vəliyeva üçün daha bir medal şansı
“Qarabağ”ın bütün rəqibləri iştirak ərizəsini açıqladı
Azərbaycan millisi Lüksemburqa qarşı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR