Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112526
az

Ağabala Ramazanov futbolçu karyerasını başa vurub

11:4019 İyun, 2024
110
İDMAN
  • A

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.

32 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib.

"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - deyə o, bildirib.

Qeyd edək ki, A. Ramazanovun sonuncu klubu "Səbail" olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya klubu irqçiliyə görə cərimələnib
“Fənərbağça”nın sabiq futbolçusu      karyerasını      bitirdi
“Qarabağ” 22 yaşlı rumını istəyir- 1,5 milyon qiyməti var

Qəza ərazisi simulyatorda göstərildi- Video

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə     ittiham     edilir