Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105830
az

"Qarabağ" dünya reytinqində 13 pillə irəliləyib

09:5009 Aprel, 2024
56
İDMAN
  • A
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Oxu24.com IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb. 13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür. Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Qarabağ” Azərbaycan çempionatında ayrı dünya kimidir”
Marselonun oğlu “Real”la müqavilə imzaladı
“Qarabağ” reytinqdə gerilədi