Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101535
az

Rusiyadan olan üç idmançı dopinqə görə diskvalifikasiya edilib

12:4723 Yanvar, 2024
483
İDMAN
  • A

İdman Arbitraj Məhkəməsi (CAS) 2010-cu il Avropa çempionatının gümüş mükafatçısı və 2009-cu il Rusiya çempionu Mixail Qobeyev də daxil olmaqla, üç rusiyalı ağırlıqqaldıranı antidopinq qaydalarını pozduqlarına görə diskvalifikasiya edib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə TASS Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) materiallarına istinadən məlumat yayıb.

Qobeyevdən başqa, gənclər arasında 2012-ci il Avropa çempionatının qalibi Armen Alekyan və 2013-cü ildə Rusiya kubokunun qalibi Dmitri Çalıy da idman fəaliyyətlərindən uzaqlaşdırılıb. Onlar Moskva antidopinq laboratoriyasının LIMS məlumat bazasına əsasən diskvalifikasiya ediliblər.

Hər üçü 2012-ci ildə qanun pozuntularına yol verib. Ağır atletlərin diskvalifikasiya müddəti dörd il olacaq. Qobeyevin diskvalifikasiya müddəti 2026-cı ilin aprelində, Alekyanın 2026-cı ilin iyununda, Çalının isə həmin ilin sentyabrında başa çatacaq.

2023-cü il mayın 12-də Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarına neytral statusda yarışlarda iştirak etməyə icazə verib. IWF-dən neytral status alan idmançılar yalnız boz rəngli formada yarışmalıdırlar.

Bundan əvvəl üç Olimpiadada iştirak edən rusiyalı iştirakçı dopinq qəbul etdiyinə görə diskvalifikasiya edilmişdi.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boks üzrə Avropa Çempionatında Rusiya himni söndürülüb
Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü