Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100053
az

Rusiyalı idmançı  dopinqə görə diskvalifikasiya olunub

16:4929 Dekabr, 2023
659
İDMAN
  • A

2021-ci il ağır atletika üzrə dünya çempionatının mükafatçısı,rusiyalı idmançı  Yana Sotiyeva antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Rusiya Antidopinq Agentliyinin (RUSADA) rəsmi saytında məlumat verilib.

 

RUSADA-nın antidopinq qaydalarının pozulması ilə bağlı işlərə ilkin baxış komissiyası, idmançı Sotieva Yananı Ümumrusiya Antidopinq Qaydalarının 4.1 və 4.2-ci bəndlərinə əsasən pozduğuna görə 2 il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.

 

21 yaşlı ağır atlet 2021-ci ildə Daşkənddə (Özbəkistan) keçirilən dünya çempionatında -76 kq çəki dərəcəsində bürünc medal qazanıb. Elə həmin il Moskvada keçirilən Avropa çempionatında ikinci oldu.

 

2019-cu ilin dekabrında Ümumdünya Antidopinq Agentliyinin (WADA) Lozannadakı İcraiyyə Komitəsi uyğunluq komitəsinin tövsiyələrini yekdilliklə qəbul edib və RUSADA-nı statusundan məhrum edib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Boks üzrə Avropa Çempionatında Rusiya himni söndürülüb
Millimizə 26 futbolçu dəvət olundu
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü