Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!
20 May 2025, 12:21
Qaynar xətt:
(+99450) 247 90 86HÜQUQ
666
02.11.2023, 17:04
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi qaydası ilə bağlıdır.
Yol Hərəkəti 12-ci maddəsində Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsindən bəhs edilir.
I. Yol hərəkəti yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər:
1) yollarda təmir və ya abadlaşdırma işləri görüldükdə;
2) təbii fəlakət, qəza və ya digər fövqəladə hadisə baş verdikdə;
2-1) dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda;
2-2) hərbi vəziyyət rejimi tətbiq edildikdə;
2-3) nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda;
3) yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün təhlükə yarandıqda;
Həmçinin oxuyun
4) hava-iqlim şəraiti xeyli pisləşdikdə;
5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə.
II. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və ya özəl yolun sahibi tərəfindən qəbul edilir. Yol şəraiti hərəkət üçün ciddi təhlükə yaradarsa, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarın qəbul edilməsi barədə göstəriş verə bilər. Qərar olmadan, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi, yalnız hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə hadisələr, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zərurəti ilə əlaqədar hallarda mümkündür.
III. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər göstərilir.
IV. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır. Qərarda göstərilmiş zəruri işlərin icrasına cavabdeh olan şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirən orqanla birlikdə zəruri, o cümlədən dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirləri həyata keçirməlidirlər.
V. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zamanı, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şərtilə, yalnız bu Qanunda nəzərdə tutulmuş xüsusi işarələrdən, fərqləndirici nişanlardan, svetoforlardan və digər texniki vasitələrdən istifadə olunmalıdır.
VI. Yollara xidmət edən yol təsərrüfatı müəssisələri, hərbi vəziyyət rejiminin tətbiqi, fövqəladə və dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar istisna olmaqla, avtomobil yollarında hərəkətin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin planlaşdırılması, habelə bunun üçün müəyyən olunmuş müddətlər haqqında yol istifadəçilərinə qabaqcadan xəbər verməlidirlər. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin hər bir halında yollara xidmət edən yol təsərrüfatı müəssisələri yol hərəkətinin müəyyən olunmuş müddətdə təcili bərpası üçün zəruri tədbirlər həyata keçirməlidirlər.
VII. Bu maddənin müddəalarını, habelə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul olunmuş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Hazırladı: Miri Məcidli
16:13 / 21 May 2025
Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın zamanlarda..
1
16:10 / 21 May 2025
XİN: İrandakı edam prosesini səfirliyimizin iki əməkdaşı və vəkil müşahidə edib
3
15:46 / 21 May 2025
Hindistan rekord miqdarda Rusiya nefti alır
20
15:42 / 21 May 2025
Tayvan yaxınlığında təlimlər: Çin amfibiya enişini həyata keçirir
18
15:25 / 21 May 2025
Ukrayna xüsusi təyinatlıları Rusiya bölgəsinə soxulub
26
15:17 / 21 May 2025
İlham Əliyev növbəti dəfə baba oldu – Ərdoğan belə təbrik etdi - VİDEO
580
14:50 / 21 May 2025
İsrail müttəfiqlərinin dəstəyini itirir
37
14:35 / 21 May 2025
“Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı” - Nuranənin atası - Video
383
14:07 / 21 May 2025
Faciəli şəkildə dünyasını dəyişən Ceyhunun FOTOSU
186
13:42 / 21 May 2025
Yanukoviçin keçmiş müşaviri İspaniyada güllələnib
42
13:38 / 21 May 2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
218
13:29 / 21 May 2025
Qurbanlıq heyvanlar bu şərtlərlə kəsilməlidir
50
13:25 / 21 May 2025
Prezident Budapeştdə tədbirdə iştirak edir
50
13:10 / 21 May 2025
Alman nazirdən Tramp-Putin danışıqlarına reaksiya
45
13:06 / 21 May 2025
Bakıda şok hadisə: Qadın kişiyə görün nə etdi - VİDEO
421
12:59 / 21 May 2025
Bu şirkətlər müflis ola bilər
39
12:55 / 21 May 2025
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalardan danışıb
40
12:42 / 21 May 2025
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
930
12:40 / 21 May 2025
Tramp Ukraynaya xəyanət etdi - The New York Times
48
12:35 / 21 May 2025
Fidan İstanbulun Rusiya və Ukraynanı sülhə aparacağına inanır
49
12:30 / 21 May 2025
Putin rusların birliyini elan etdi
46
12:19 / 21 May 2025
Baş nazir qərar imzaladı
374
12:15 / 21 May 2025
Putinin gəlişindən sonra Ukrayna Silahlı Qüvvələri Kurska hücum edib
55
12:08 / 21 May 2025
Çin Rusiyanın tərəfinə keçdi
50
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.