Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89375
az

Ev sığortası üçün hara və nə qədər pul ödənilməlidir?

14:3818 May, 2023
870
HÜQUQ
  • A

Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 2-ci fəslində nəzərdə tutulub. Bu sığorta daşınmaz əmlakın yanğın və ya digər hadisələr zamanı zədələnməsi, məhv olması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi üçün tətbiq edilir.

 

Hansı əmlaklar sığortalana bilməz?

 

Öncə qeyd edək ki, qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb oluna bilməz. Yaşayış evləri və mənzillər üçün sığorta tarifi 0,2%-dir. 

 

Sığorta üçün hansı sənədlər lazımdır?

 

Bunun üçün şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin olması kifayətdir.

 

Vətəndaş evini sığortalamaq üçün hara müraciət etməli və nə qədər pul ödəməlidir? Ümumiyyətlə, sığorta bazarında vəziyyət nə yerdədir?

 

Mövzu ilə bağlı TED.az-a danışan iqtisadçı jurnalist Əli Əhmədov bildirib ki, bəzi ev və mənzillərin sığortası Azərbaycanın "İcbari sığorta haqqında" qanununa əsasən, tənzimlənir, digər hissəsi isə könüllü sığortadır: "Qanuna görə, ölkədəki bütün daşınmaz əmlak sığortalanmalıdır. Buraya ev, mənzil, ictimai-iaşə obyektləri və digərləri daxildir. Amma əhaliyə birbaşa yaxın olan mənzil və evlərin sığortalanmasıdır. Bu, həm bina, həm də həyət evlərinə aiddir. Qanunda bu sığortanın qiyməti və hadisə baş verərsə, ödəniləcək məbləğ göstərilib".

 

Ə.Əhmədov qeyd edib ki, paytaxtda bir evin sığortalanması 50 manatdır: "Bunun qarşılığında ev sahibi hadisə baş verəcəyi təqdirdə maksimum 25 min manat  ödəniş alacaq. Ziyan az olsa, bu məbləğ də azala bilər. Amma hər iki halda həmin ödənişi alacaq. Sumqayıt, Gəncə, Naxçıvanda bu məbləğ 40 manatdır. Qarşılığında alına bilən maksimum məbləğ 20 min manat təşkil edir. Digər şəhər və rayonlarda isə evi sığortalamaq 30, qarşılığında alınacaq məbləğ isə 15 min manatdır. Bu sığorta yalnız evin özü və konstruksiyasına aiddir. Yanğın baş verərsə, sığorta şirkəti evin içərisindəki yanan əşyalar üçün məsuliyyət daşımır. Söhbət yalnız evin özünə dəyən ziyandan gedir. Təbii, qapı və pəncərələr də buraya daxildir".

 

Sual yaranır: Axı, təbii ki, evlərin qiymətləri 25 min manatdan çoxdur... Bəs qalan məbləğ?

 

Əli bəyin sözlərinə görə, qanunvericilik imkan verir ki, əmlak sahibləri öz mənzillərini tam məbləğə sığortasınlar: "Düzdür, hadisə zamanı heç də ev həmişə tamamilə dağılmır. Zəlzələ olanda bir divar çatlayırsa, icbari sığorta məbləği onu təmir etməyə imkan verir. Amma bəzən ev tamamilə dağılır. Bu risklərdən qorunmaq üçün evi tam məbləğdə sığortalayırlar. Tutaq ki, evin qiyməti 75 min manatdır. 50 manat verir, onu icbari sığortalayırıq. Bu, 25 min manat sığorta deməkdir. Amma evin qiyməti 75 mindir. Hadisə baş versə, qalan 50 min manatı kim verəcək? Buna görə də ev sahibləri istəsələr, həmin əmlakı sığortaladıqları və ya başqa şirkətdə evin qalan hissəsini sığortalaya bilərlər. Bunun qiyməti 0,2%-dir. 50 minlik sığorta üçün 100 manat ödəniş etmək lazımdır. Bu o deməkdir ki, 75 min manatlıq evi həm icbari, həm də könüllü olmaqla tam məbləğdə sığortalamaq üçün ümumilikdə 150 manat pul tələb olunur. Vətəndaşlar bunun üçün sığorta şirkətləri və ya agentliklərinə müraciət edə bilərlər".

 

Onun fikrincə, işin pis cəhəti əhalinin evlərini sığortalamaması və ya cərimə qorxusu altında sığortalamasıdır: "Bu, tamamilə savadsızlıq və məsuliyyətsizliyin əlamətidir.

 

Əmlakı mütləq sığortalamaq lazımdır.

 

Sığorta şirkətləri belə bir xidmət də təklif edirlər: Ayrıca ödəniş etməklə evin içərisindəki əşyaları da sığortalamaq olar. Bu əşyalar isə müəyyən limitlə olur. Bu, təxmini eyni qədər faizlə başa gəlir. Məsələn, təxmini 50 manat əlavə pul ödəyib evdəki 10 min manatlıq əşyanı da sığortalamaq olar. Bəzən hadisə baş verməyə də bilər. Amma unutmayaq ki, hadisə bir dəfə və qəfil olur. Bəziləri isə əmlakı bütün ömürlərini sərf edərək alırlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Dələduzluğa görə axtarışda olan 5   nəfər   tutuldu