Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76957
az

Boşanma prosesi necə həyata keçirilir? - QAYDALARI+RÜSUMLAR

13:0920 Noyabr, 2022
170
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu boşanma prosesi ilə bağlı lazım olan sənədlərlə bağlıdır.

Qanunvericiliyə əsasən, nikah pozulmasının 2 qaydası var:

1. Nikaha Qeydiyyat Şöbəsində xitam verilməsi

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər.

Bu halda tərəflərin hər ikisi ərizə ilə ya nikah bağlanan qeydiyyat şöbəsinə (məs: ASAN 3) ya da ki, onların birinin qeydiyyatda olduğu ünvan üzrə qeydiyyat şöbəsinə müraciət edə bilərlər.

Nikahın pozulması zamanı nikahın bağlanması kimi hər iki şəxsin şəxsən iştirak etməsi tələb edilir.

2. Məhkəmə qaydasında boşanma (nikahın pozulması)

Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Boşanma prosesi ər və arvad arasında bağlanan nikahın məhkəmə qaydasında pozulması prosesidir. Boşanma prosesi həm ər, həm də arvad tərəfindən məhkəməyə boşanma ərizəsi verildikdə başlayır.

Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən, nikahın pozulmasını istəyən şəxs məhkəməyə boşanma ərizəsi verməzdən əvvəl ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir.

Mediasiya Şurası tərəfindən təyin edimiş mediator tərəfləri barışdıra bilmədiyi təqdirdə isə tərəf məhkəməyə müraciət etməlidir.

Boşanma prosesində nikahın pozulması ilə yanaşı məhkəmə növbəti məsələlərə baxır:

- boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması;

- uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulması;

- ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlak bölgüsünün necə aparılması;

Ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarı müəyyən edilməlidir.

Boşanma ərizəsi

Boşanma ərizəsi yazılanda ərizədə boşanmanın səbəbi göstərilməlidir. Bundan başqa, boşanma ərizəsində tərəf boşanmadan sonra uşağın kimin yanında qalmasını və aliment məbləğini qeyd etməlidir. Sonuncu iki tələb qeyd edilmədiyi təqdirdə məslə hakimin mülahizəsinə əsasən həll edilir.

Boşanmaq üçün lazım olan sənədlər

- Nikah haqqında şəhadətnamənin əsli
- uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- tərəflrərin şəxsiyyət vəsiqələrinin surətləri
- işin ilkin mediasiyada baxılmasını təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi haqqında qəbz

Rüsum

Boşanmaq üçün 50 manat mediasiya, 50 manat isə məhkəmə rüsumu nəzərdə tutulub. Yəni, boşanma iddiası ilə müraciət edən şəxs ümumilikdə 100 manat rüsum ödəyir.

Boşanma neçə ay çəkir?

Qeydiyyat Şöbəsində nikah tərəflər ərizə verdikdən 30 gün sonra pozulur. Məhkəmə qaydasında boşanma prosessi 2 aydan 5 aya qədər çəkə bilər. Tərəflər boşanmaqa razı olduqları və digər məsələlərlə bağlı bir fikir ayrılığı olmayanda məhkəmə adətən 1 hazırlıq iclası və 1 baxış iclası təyin edərək yekun qərar çıxardır.

Tərəflərdən biri nikahın pozulmasına razı olmadığı təqdirdə isə məhkəmə ər və arvada 3 ayadək müddətdə barışıq üçün vaxt verə bilər.

Nikah müqaviləsi

Nikaha daxil olmazdan əvvəl tərəflərin Nikah müqaviləsinin bağlaması boşanma və əmlak bölgüsünün daha rahat keçməsinə zəmin yaradır.

Nikah müqaviləsi xüsusən də böyük sərvətlərə sahib olan ailələr üçün vacib əhəmiyyət kəsb edir. Belə hallarda ortaq biznes, bank depozitləri, qiymətli kağızlar, nəqliyyat və nikah zamanı əldə edilmiş digər əmlak ər-arvad arasında ədalətli şəkildə bölünməlidir.

Ər və arvadın birgə mülkiyyəti

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İxtiraçılıq və patent hüquqlarını pozanları bu cəza gözləyir  -  HÜQUQİ YARDIM 
Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 
Aşırım nədir və necə hesablanır? - Ev tikənlər üçün hüquqi yardım

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı