Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71445
az

Flora Kərimova Afət Fərmqanızıdan 100 min manat tələb edir

18:0430 İyun, 2022
342
  • A

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

Oxu24.com  xəbər verir ki, Xalq artisti bu dəfə Nərimanov rayon Məhkəməsində mülki iddia qaldırıb. İddiada Afət Fərmanqızının üzr istəməsi və dəymiş mənəvi ziyana görə maddi təzminat tələbi irəli sürülüb.

İş üzrə məhkəmənin hazırlıq iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. 

Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb. Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın onunla bağlı mülki qaydada iddia qaldırıb təzminat tələb etməsinə münasibət bildirib.

Müğənni APA-ya açıqlamasında bildirib ki, Flora Kərimovanın növbəti dəfə məhkəməyə müraciət etməsindən xəbərdardır: “Hazırda hamiləlik səbəbi ilə uzaq yola çıxa bilmirəm. Bildiyim qədəri ilə Flora Kərimova ondan üzr istəməyimi və mənəvi ziyana görə külli miqdarda pul tələb edir. İttihamların heç birini qəbul etmirəm, inşallah, səhhətim imkan verdikdən sonra ölkəyə qayıdıb məhkəmədə iştirak edəcəm”.

APA-nın əldə etdiyi xəbərə görə, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızıdan 100 min manat tələb edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İxtiraçılıq və patent hüquqlarını pozanları bu cəza gözləyir  -  HÜQUQİ YARDIM 
Elmi dərəcəsi  olanlara nə qədər   əlavə ödənilir? - HÜQUQİ YARDIM 
Aşırım nədir və necə hesablanır? - Ev tikənlər üçün hüquqi yardım

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü