Baş prokuror Sabunçuda vətəndaşları qəbul edib
22 Aprel 2025, 16:08
Qaynar xətt:
(+99450) 247 90 86Vəkil azadlığa çıxdı
HÜQUQ
323
01.04.2025, 13:49
Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Babək Vahid oğlu Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində onun şikayəti üzrə qərar verilib.
Qərara əsasən, Babək Rzayev zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilib, onun barəsində başlanılan iş üzrə icraata xitam verilib.
Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında həbsdən azad edilib.
Qeyd edək ki, Babək Rzayev Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.
Həmçinin oxuyun
İttihama görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.
O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pulu tələb edərək almaqda təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülmüşdü.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 25.09.2024-cü il tarixli qərarı ilə Babək Rzayevin fəaliyyəti dayandırılmaqla Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.
18:41 / 22 Aprel 2025
Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib?
1
18:39 / 22 Aprel 2025
16 il 1 ay həbs cəzası oldu
2
18:27 / 22 Aprel 2025
Bitcoin yenidən zirvədədir
5
18:21 / 22 Aprel 2025
Ayaqlarımızda niyə görə dırnaqlar var?
36
18:17 / 22 Aprel 2025
Ürək niyə “xərçəngə qalib gələn” orqandır?
21
18:10 / 22 Aprel 2025
Turistlər güllələndi
18
18:06 / 22 Aprel 2025
Haaqa 20 rus məmurunu həbs etməyə hazırlaşır
15
17:59 / 22 Aprel 2025
Hesablama Palatası ötən ilin maliyyə hesabatını açıqlayıb
18
17:56 / 22 Aprel 2025
Sumqayıtda qaz olmayacaq
21
17:41 / 22 Aprel 2025
Əli Əsədov qərar imzaladı:Müddət uzadıldı
197
17:38 / 22 Aprel 2025
Gəncədə məktəblilər arasında insident - 3 nəfər xəsarət aldı
38
17:34 / 22 Aprel 2025
Həbib Nurməhəmmədov Bakıya gələcək
24
17:30 / 22 Aprel 2025
İran düşmənləri tövbə etməyə məcbur edəcək
24
17:25 / 22 Aprel 2025
Unun rəsmi qiyməti açıqlandı
77
17:17 / 22 Aprel 2025
Netanyahu Təhlükəsizlik Şurasını toplayır
34
17:15 / 22 Aprel 2025
Rusiyalı hakerlər Hollandiyaya hücum ediblər
33
16:56 / 22 Aprel 2025
Kəmaləddin Heydərov ona yüksək vəzifə verdi
446
16:54 / 22 Aprel 2025
29 dərəcə! - Sabahın HAVA PROQNOZU
22
16:54 / 22 Aprel 2025
Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb
37
16:52 / 22 Aprel 2025
Avropa Ukrayna münaqişəsində Rusiyanı dinləməyə çağırır
36
16:37 / 22 Aprel 2025
ABŞ Hindistana F-35 təklif edir
42
16:35 / 22 Aprel 2025
Azad olunmuş ərazilərə qayıdan sakinlərə çıxarışların verilməməsi məsələsinə aydınlıq gətirilib
39
16:17 / 22 Aprel 2025
Prezident İlham Əliyev bu ölkəyə səfərə getdi
574
16:08 / 22 Aprel 2025
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edib
41
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.