Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13145
az

Yol polisi məmura cərimə yazdı - BAKIDA

16:4113 May, 2019
1159
  • A
 
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilib.

Oxu24.com  xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprel ayında baş verib.

Məlumata görə, Vüsal Kərimli "BMW" model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılıb. Həmin vaxtı sözügedən avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilib. Vüsal Kərimlinin avtomobilində əyləşmiş mühafizə polisi əməkdaşı yol polisini bu addımı atmaqdan geri çəkindirmək istəsə də, ancaq bu, mümkün olmayıb.

Yol polisi qanunun tələblərinə uyğun olaraq Vüsal Kərimliyə 150 manatlıq cərimə yazdığını bildirib.

Bu hadisədən az sonra Vüsal Kərimli Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə sözügedən yol polisindən şikayət edərək, ona cərimənin düzgün yazılmadığını bildirib. Ancaq Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlum olub ki, Vüsal Kərimliyə tərtib edilmiş sözügedən cərimə protokolu tam doğru olub. Həmin vaxtı Vüsal Kərimli yol qaydalarını pozduğuna görə həmin cərimə qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, avtomobillərdə arxa yan şüşələrə jalüz pərdə və plyonkaların vurulmasına icazə mayın 1-dən noyabrın 15-dək qüvvədə olur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaralı hərbçimiz şəhid oldu - Foto
Yaralı hərbçimiz şəhid oldu - Foto
Boşanma davası davam etdiyi müddətcə qadın aliment almağa davam edərmi?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı