Ali Məhkəmə estetik əməliyyatlarla bağlı AÇIQLAMA YAYDI
21 Yanvar 2026, 10:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1086
22.06.2024, 13:02
Prokurorluğun keçmiş əməkdaşı Sabir Abdinov Vəkillər Kollegiyasının üzvü sıralarına daxil olub.
Oxu24.com xəbər verir ki,iyunun 21-də “Badamdar Estates” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Qeyd edək ki, Sabir Abdinov uzun illərdir ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğuldur, 6 kitabın müəllifidir. S.Abdinov sonuncu iş yeri olaraq Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri vəzifəsini icra edib.
Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.
Həmçinin oxuyun
O,həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri ona məxsusdur.
Oxu24.com kollektivi adından Sabir Abdinova yeni fəaliyyətində uğurlar arzu edirik.
Miri Məcidli
00:44 / 22 Yanvar 2026
30
23:59 / 21 Yanvar 2026
41
23:52 / 21 Yanvar 2026
36
23:48 / 21 Yanvar 2026
44
23:39 / 21 Yanvar 2026
47
23:19 / 21 Yanvar 2026
59
23:01 / 21 Yanvar 2026
60
22:48 / 21 Yanvar 2026
68
22:29 / 21 Yanvar 2026
58
22:15 / 21 Yanvar 2026
55
21:59 / 21 Yanvar 2026
82
21:45 / 21 Yanvar 2026
75
21:33 / 21 Yanvar 2026
71
21:06 / 21 Yanvar 2026
60
21:03 / 21 Yanvar 2026
64
20:59 / 21 Yanvar 2026
72
20:54 / 21 Yanvar 2026
80
20:54 / 21 Yanvar 2026
75
20:52 / 21 Yanvar 2026
59
20:49 / 21 Yanvar 2026
268
20:43 / 21 Yanvar 2026
67
20:40 / 21 Yanvar 2026
389
20:37 / 21 Yanvar 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.