Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91430
az

İsraildə əhali etiraza başladı

20:2624 İyun, 2023
469
HƏRBİ
  • A

İsraillilər baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətini məhdudlaşdıran nizamlanmasına etirazlarını davam etdiriblər.

 

OXU24.COM XƏBƏR VERİR ki,Netanyahunun başçılıq etdiyi ifrat sağçı koalisiya hökumətinin məhkəmə tənzimlənməsinə qarşı hər şənbə axşamları kütləvi nümayişlər keçirən israillilər etirazların 25-ci həftəsində yenidən ölkə daxilində meydanlara çıxıb.

 

İsrailin “Yediot Ahronot” qəzetinin internet saytında yer alan xəbərə görə, on minlərlə israilli başda Təl-Əviv, Hayfa və Birüssebi şəhərlərində olmaqla ölkənin bir çox nöqtəsində etiraz aksiyası keçirib.

 

Nümayişçilər Təl-Əvivin “Pələng” meydanına toplaşaraq, hökumətin məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran nizamnaməsinə qarşı nümayiş keçiriblər. Təl-Əvivdə toplaşan israillilər əllərində İsrail bayraqları və hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişdə İsrailin keçmiş baş naziri Ehud Barak da iştirak edib.

 

Nümayiş təşkilatçıları Kaplan Meydanına istinadən "məhkəmə nizamnaməsi" əleyhinə nümayişləri davam etdirmək üçün "Pələng Gücü" adlı birlik qurduqlarını açıqlayıblar.

Məhkəmə tənzimlənməsi təxirə salındı

Yanvarın 5-də İsrailin ədliyyə naziri Yariv Levin tərəfindən elan edilən məhkəmə islahatına Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında söz sahibi olmaq kimi dəyişikliklər daxildir.

Martın 27-də Netanyahu ölkədə kütləvi etirazların və tətillərin artmasına səbəb olan məhkəmə qaydalarını təxirə saldığını elan etdi.

Baş nazir Benyamin Netanyahu 2023-2024-cü illər büdcəsinin keçən ay parlament tərəfindən qəbul edilməsindən sonra məhkəmə tənzimləməsini yenidən parlamentə gətirəcəklərini açıqlayıb.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü